|
İrqçiliklə üzləşdi, Cerrard təsəlli verdi

“Liverpul”un U-19 komandasının futbolçusu Rian Brevster UEFA Gənclər liqasında dünən  “Lokomotiv”lə keçirilən matçda(2:0) irqçiliyə məruz qalib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 17 yaşlı hücumçunu Rusiya klubunun futbolçusu irqçi sözlərə təhqir edib.

Əsəblərini cilovlaya bilməyən gənc futbolçuya komanda yoldaşları və məşqçi Stiven Cerrard təsəlli verib