|
Azərbaycan millisi birinci səbətdə - Millətlər Liqası

Millətlər Liqasının püşkatması öncəsi UEFA səbətlərin tərkibini açıqlayıb. 

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, D liqasında mübarizə aparacaq 
Azərbaycan millisi Makedoniya, Belarus və Gürcüstanla birgə birinci səbətdə yer alıb.

D liqasında digər səbətlərin tərkibi aşağıdakı kimidir:

2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq.

Azərbaycan millisi birinci səbətdə - Millətlər Liqası
Millətlər Liqasının püşkü yanvarın 24-də Lozannada atılacaq. 

Qeyd edək ki, D liqasında qrup qalibi olacaq 4 ölkə 2019-cu ilin iyununda pley-off sistemində çempionluq uğrunda mübarizə aparacaq. 

Əlavə edək ki, müharibə şəraitində olduğu üçün Azərbaycan və Ermənistan milliləri eyni qrupda yer ala bilməz