|
Bakıda “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olacaq

Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY-la birgə layihəsi əsasında çap olunan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi keçiriləcək.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır