|
Hindistan yanvarda Azərbaycandan keçməklə Rusiyaya yüklərin daşınmasına başlayacaq

Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq.

Trend-in məlumatına görə, bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.

 

Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək.

S.Kumar qeyd edib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq.