Aktyor Murad Yıldırım xanımı İmane Elbani ilə Nişantaşı istiqamətində görüntülənib.
Cütlük xəstəxanalardan birindən çıxarkən kameralara tuş gəlib.
Çıxışda aktyor jurnalistlərin suallarını da cavablayıb. O, “Xanımınız 3 aylıq hamilədir? Ata olmağa hazırlaşırsınız” sualını eşitməzdən gəlib.
Murad “Hər şey yaxşıdır. Sadəcə müayinə üçün buradayıq” deyərək yoluna davam edib.




