|
Tovuzda 36 yaşlı qadın dəm qazından zəhərlənib

Tovuz rayonunda qadın dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

 

Kənd sakini, 1981-ci il təvəllüdlü Mustafayeva Ziyafət Asif qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

Qadın təcili Tovuz rayon Xəstəxanasına yerləşdirilib.