|
Azərbaycan, Gürcüstan və Türkiyə BTQ üzrə tariflərlə bağlı işi davam etdirir

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tariflərin optimallaşdırılması üzrə işi davam etdirir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Bakıda keçirilən “Azərbaycan - Avrasiyaya yeni körpü” adlı tədbirdə deyib.

 

Ə.Süleymanov əlavə edib: "Çinlə Avropanı birləşdirəcək “Şəmal-Cənub” və “Şərq-Qərb” dəhlizi layihələri prioritet hesab olunur. Bu dəhlizin bir hissəsi olaraq oktyabr ayında Bakı-Tbilisi-Qar” dəmir yolu istifadə verildi. Gözlənilir ki, 2020-ci ilin sonuna qədər inlə Avropa arasında konteynetrlərin sayı ildə 30 mini keçəcək. Beləcə, Azərbaycan BTQ vasitəsilə qlobal nəqliyyat sisteminə daxil ediləcək".