|
"Qalatasaray" Tüdorla bağlı qərar verdi

“Qalatasaray” baş məşqçisi İqor Tüdorla bağlı qərar verib.

Qol.az-ın “fanatik”ə istinadən yaydığı xəbərə görə, klub prezidenti Dursun Özbək xorvatiyalı mütəxəssisin komandadan göndərilməyəcəyini açıqlayıb. O, bildirib ki, istefa məsləsi gündəmdə deyil:

"İqor Tüdorla davam edecəyik. Baş məşqçi dəyişikliyi müzakirə mövzusu deyil".

Qeyd edək ki, Superliqanın son turunda “Beşiktaş”a uduzaraq liderliyi əldən verən “Qalatasaray”ın Tüdorla yollarını ayıracağı xəbərləri yayılmışdı