|
Türk hərbçilər PKK-nın hücumuna məruz qalan iranlı sərhədçiləri xilas ediblər

Türk hərbçilər Türkiyə-İran sərhədində, İğdır vilayətində PKK terrorçularının hücumuna məruz qalan 4 iranlı sərhədçini xilas ediblər.

Trend-in məlumatına görə, yaralı İran sərhədçiləri xəstəxanaya yerləşdirilib, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.