|
Jurnalistin atdığı qartopu ölümünə səbəb oldu

Türkiyədə daha bir cinayət hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, bir neçə gündür gənc tələbə qızın dəhşətli ölüm hadisəsi ilə çalxalanan Türkiyədə ötən gün axşam saatlarında daha bir qətl hadisəsi yaşanıb. 

İstanbulun Kadıköy rayonu Yeldəyirmanı adlı böləgəsində yazıçı-jurnalist Nuh Kökle sevgilisi ilə küçədə qartopu oynayarkən, onun atdığı qartopulardan biri yaxınlıqdakı mağazalardan birinin vitrininə dəyib. Mağaza sahibi isə bundan qəzəblənərək əlinə bıçağı götürərək onların üzərinə doğru şığıyıb. 

Nuh Köklü ilə əlbəyaxa olan mağaza sahibi bıçağı onun sinə nayihəsinə sancıb. Ürəyindən yaralanan jurnalisti sərhal xəstəxanaya aparıblar. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, onun həyatını xilas etmək olmayıb. 

Faktla bağlı cinayət işi açılıb.