|
Naxçıvanlı rəssamın əsərləri Bakıda sərgilənəcək

Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış naxçıvanlı rəssam Hafiz Kərimovun sənət əsərlərindən ibarət sərgi açılacaq.

60-dək sənət əsərinin nümayiş olunacağı sərgi dörd gün ziyarətçilər üçün açıq qalacaq.

Sərgidə fırça ustasının akvarel və batika janrında olan əsərləri yer alacaq