|
Məmmədyarov Rusiyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumata görə, E.Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

 

Tədbir çərçivəsində nazirin çıxışı nəzərdə tutulub.