Dekabrın 4-də Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
“Sirlər xəzinəsi” adlı layihə çərçivəsində reallaşacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Kitabxanası və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Bu barədə Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Respublikanın tanınmış elm, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi ədəbi-bədii tədbirdə şairin lirik şerləri səslənəcək, eyni zamanda qəzəllərindən və qoşmalarından ibarət musiqi nömrələri, aşıq havaları ifa olunacaq
