|
Portuqaliyanın turistik kino mərkəzinin filmi dünyada üçüncü olub

Portuqaliyanın turistik kino mərkəzinin filmi 2017-ci il üçün dünyada üçüncü olub.

“Turismo Centro de Portugal” dünyanın müxtəlif şəhərlərində iştirak etdiyi festivallarda aldığı rəylərə görə, ümumi hesabla üçüncülük əldə edib. Portuqaliyanın Koimbra regionunun çəkdiyi film mümkün 11 mükafat üzrə 9-nu qazanıb. Üçüncülük barədə qərar isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən son qala zamanı açıqlanıb.

Film 2927 rəqib ilə mübarizə aparıb. Onun rəqibləri İspaniya, Fransa, Yunanıstan, Türkiyə, İsveçrə, İngiltərə, Malayziya da olmaqda, ümumilikdə 99 ölkə olub.

Xatırladaq ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 18-dək keçirilmiş Dördüncü Bakı Beynəlxalq Turizm Filmləri Festivalında “ölkə, region, şəhər” kateqoriyası üzrə də iştirak edib və üçüncü yerə layiq görülüb