|
Kipr çempionatında 14-cü turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” öz meydanında “Nea Salamis”i qəbul edib. Araz 14-cü dəqiqədə Migel Palansanın əvəzinə meydana daxil olub. Matç Abdullayevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 90-cı dəqiqədə penaltidən vurulan qolla qələbə qazanan və xallarının sayını 30-a çatdıran “Anortosis” turnir cədvəlinin liderinə çevrilib. Qeyd edək ki, ikinci pillədə qərarlaşan 28 xallı AEK Larnaka Arazın komandasından 1 oyun az keçirib. |
