|
“Qarabağ” “Neftçi”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçirilib. Cia.az xəbər verir ki, Ağdam təmsilçisi turun açılış oyununda “Neftçi” ilə qarşılaşıb. Oyunda yeganə qol 25-ci dəqiqədə vurulub. “Qarabağ”ın yeganə qolunu Maksim Medvedev vurub.

Qeyd edək ki, bu qalibiyyətdən sonra “Qarabağ” xalını 34-ə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib. “Neftçi” isə 16 xalla 5-ci sıradadır.