|
Azərbaycanda işə gedərkən ölən qadınların KİMLİYİ AÇIQLANDI

Şəmkirdə naməlum avtomobilin vurub öldürdüyü qadınların şəxsiyyəti müəyyənləşib. Bakı-Qazax magistralının 395-ci kilometrliyində markası, nömrəsi və sürücüsü məlum olmayan avtomobilin vurub öldürdüyü qadınların 1976-cı il təvəllüdlü Haqverdiyeva Təranə Ağalar qızı və 1981-ci il təvəllüdlü Alıyeva Sevinc Şahbaz qızı olması müəyyənləşib. Onlar hadisə yerində ölüb.

Bildirilir ki, qadınlar Muxtariyyə kəndindəki istixanada işləməyə gedirlərmiş.

Onları vurub öldürən sürücü və avtomobili axtarılır.