|
Tovuzda 24 yaşlı qız metafos və ağcaqanad dərmanı içdi, vəziyyəti ağırdır

Tovuz rayonunda intihara cəhd olub.

Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1993 -cü il təvəllüdlü Səfərova Mələk Əli qızı evlərində metafos və ağcaqanaq dərmanı içib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyəti ağırdır.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.