|
Ərəbistanlı nazir OPEK-in yeni prezidenti oldu

OPEK-in yeni prezidenti Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Süheyl əl Məzrui olacaq.  Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib. 

Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.

Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb.