Ermənistan parlamentinin nümayəndə heyəti Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Assambleyasının yekun bəyannaməsində əlavə olunan dəyişikliklərlə əlaqədar bu qurumu boykot etdiklərini açıqlayıb.
Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən xəbər verir ki, ermənilərin hiddətinə səbəb olan bəyannamədə “bölgədə baş verən münaqişələrin iştirakçı dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll olunmasının zəruriliyi” barədə qeydin yer almasıdır. Erməni parlamentarilər Assambleyanın iqtisadi təşkilat olduğunu iddia edərək qəbul olunan bəyannamənin onun prinsiplərinə zidd olduğunu bildiriblər.
Məlumat üçün qeyd etmək lazımdır ki, QİƏT Qara Dəniz və Cənubi Balkanın 12 dövlətini birləşdirən bir təşkilatdır. Təşkilatın yaranma məqsədi elə onun preambulasında açıq göstərilib. Burada “QİƏT-in Qara dəniz hövzəsində sülh, əməkdaşlıq, tərəqqi və sabitliynin inkişafı üçün qurulduğu” bəyan olunur.
Hazırda QİƏT Parlament Assambleyasının baş katibi Azərbaycan nümayəndəsi Asəf Hacıyevdir. Asaambleyanın sədri isə Ukrayna Ali Radasının spikeri Andrey Parubiydir.
Təşkilatın əsas orqanlarından sayılan Parlament Assambleyasının 50-ci sessiyası noyabrın 29-da Kiyevdə baş tutub. Ukrayna tədbirin təşkilatçısı olaraq Rusiya tərəfini çağırmayıb. Ermənistan isə yuxarıda göstərildiyi kimi Ukryana tərəfindən yekun bəyannaməyə təklif olunan düzəlişləri bəhanə edərək onun iclaslarında iştirakdan imtina edib.
Erməniləri əsl qəzəbləndirən məlum sənədin 21-ci bəndinə edilən əlavədir. Burada göstərilir ki, Qara dəniz bölgəsindəki münaqişələr QİƏT ölkələrinin ərazi bütünlüyünə, müstəqilliyinə və suverenliynə hörmət əsasında həll edilə bilər.
“QİƏT üzv dövlətlərinin BMT, ATƏT, AŞPA kimi beynəlxalq təşkilatların da tanıdığı kimi qeyri-qanuni olaraq zəbt edilmiş ərazilərinin geri qaytarılmasına və ərazi bütövlüyünün bərpa eidlməsinə yardım göstərməlidir”,- həmin bənddə deyilir.
Ermənilər beynəlxal hüququn ali prinsipləri olan bu müddəlaır beynəlxalq hüququn güc tətbiqi ilə təhdid etmək, xalqların öz müqəddəratını həll etmək kimi pirnsiplərinə zidd olduğunu bəyan edilər. Bu Ermənistan parlamentinin rəsmi səhifəsində də yer alıb.
Bəyanat ortaya gələn kimi erməni deputatlar təhqir olunduqaırını (?) bəyane dərək nümyişkaəranə şəkildə iclas salonun tərk ediblər.
Şübhəsiz Azərbaycan diplomatiyasının da qələbəsi sayılacaq bu hadisə Ermənistanda xoş qarşlanmayıb. Erməni siyasətçiləri və politoloqları bir ağızdan bəyannamənin heç bir hüquqi qüvvə və təsirinin olmadığını bildirirlər.
Deputat Qagik Minasyanın fikrincə, məlum sənədin Qarabağ münaqişəsinə heç bir aidiyyatı yoxdur.
Onun sözlərinə görə Qarabağ problemi istisnasız ATƏT Minsk qrupunun səlahiyyətindədir.
Digər deputat, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan isə erməni diplomatiyasının buna cavab vermək gücündə olduğunu iddia edib. Aşotyan QİƏT-in iqtisadi struktur və prinsiplərinə zidd hərəkət etdiyni vurğulayıb. Erməni deputatın fikrincə, QİƏT kimi iqisadi təşkilatın siyasi məsələlərə müdaxiləsi parlament diplomatiyasının ruhunu zədələyir.
Ekspert Ruben Mehrabyan da Aşotyan kimi QİƏT PA-nın bəyanatının Ermənistan üçün hüquqi nəticə törətməyəcəyini bildirib.
Lakin Ermənistanda Rusiyaya qarşı qatı sərt mövqeyi ilə tanınan Mehrabyan bütün hallarda iqtidarın QİƏT üzvlüyündən vaz keçməməsi gərəkdiyini söyləyib. Onun fikrincə, belə olan halda meydan Azərbaycan və Türkiyə üçün boş qalacaq. Bundan başqa, baş verən hadisəni “insident” adlandıran Mehrabyan Ermənistan rəhbərliyini Ukrayna ilə münasibətləri korlamamağa çağırıb.
