|
"Teatrdan ona görə getdim ki..."
"Hər Səhər Əkbərlə" verlişinin qonağı sevilən aktyor Allahverdi Yolçuyev olub. Sualları cavablandırıb, həyatından danışıb. Adı ilə başlayan suala cavabı da maraqlı olub: "Dünyaya gəldiyimizə görə, Allaha şükr etməliyik. Qazanıb, qazanamadıqlarımıza görə də, şükranlıq duymalıyıq. Əldə etdiklərim çox oldu-övladlarım, nəvələrim, gözəl həyat yoldaşım var. Mənə ancaq şükr etmək qalır".
Aktyordan teatrdan gedişinə də açıqlama verib: "42 ildir sənətdəyəm. Bəzi rollar verildiyi üçün hədsiz sevinmişəm. Ertəsi gün gəlmişəm ki, mənim oynayacağım personajı başqası canlandırır. Teatrdan bu cür xoşagəlməzliklərə görə getdim".
Övladları ilə bağlı suala da cavab verən sənətçi oğlu olmadığı üçün narahat olmadığını qeyd edib: "Dörd qız övladım var. Oğlum olmaması ilə bağlı sualların xətrimə dəyəcəyini düşünüblər. Amma nə yaxşı ki, dörd qızım var."
SÖhbət qızlarından düşmüşkən, aktyor onların ailələlərindən də danışıb: "Qızlarımı kənar adamlara verməmişəm. Hamısı öz qohumlarımızdır. Ümumiyyətlə bizdə adətdir, mən də öz xalam qızı ilə ailə qurmuşam. Amma kənardan da gəlsə son qərarı qızlarıma həvalə edərdim".
Daha sonra verlişin rejissoru tərəfindən Allahverdi Yolçuyevə iki qızı olan qonşu obrazını canlandırmağı təklif edib. Savadlı, bacarıqlı qızı olan valideyn və bacarıqsız qızı olan ata...
Təsadüfən bacarıqsız olan qıza elçi düşür. Qız ərə gedir. Aktyor hər iki valideynin vəziyyətini yaradır. Lakin sonda rejissor ondan istədiyini ala bilmədiyini vurğulayır.
AKtyora tamaşaçılardan birindən incik mesaj gəlib. Onu "sənət dostu" adlandıran xanım, qızının toyuna dəvət etmədiyindən gileylənib. Allahverdi Yolçuyev xanımın kim olduğunu aydınlaşdırmağa çalışıb:"Ola bilər ki, həmin xanım Fatma Mahmudovadır. Narahat olmasın, gələn il 60 illik yubileyimə dəvət edəcəm".
Cia.az