|
Pakistanda silahlılar məscidin qarşısındakı insanlara atəş açıblar: 2 ölü, 4 yaralı

Pakistanın paytaxtı İslamadda naməlum şəxslər motosikletlə hərəkət edərkən məscidin qarşısındakı insanlara atəş açıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Polis hadisə yerini mühasirəyə alıb, cinayətkarların saxlanılması üzrə əməliyyat keçirilir.