|
Nyu-Yorkda BMT TŞ-nın KXDR üzrə iclası başlayıb

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Koreya Xalq Demokratik Respublikası (KXDR) üzrə iclası başlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iclas keçirməyi ABŞ, Yaponiya və Cənubi Koreya təklif ediblər.

İtaliyanın BMT-dəki daimi nümayəndəsi Sebastyano Kardi bildirib ki, Təhlükəsizlik Şurasının KXDR haqqında hələki bəyanat layihəsi və ya başqa sənəd yoxdur. O, KXDR barəsində şuranın qəbul etdiyi son iki sanksiya qətnamələrini xatırladıb.