Futbolçu Devid Bekhemin stilist həyat yoldaşı Viktoriya Bekhem bu dəfə London küçələrində görüntülənib.
42 yaşlı stilist geyimi ilə yenə ətrafdakıları heyran edib.
Qara palto və qara şalvarda olan Viktoriya geyiminə rəng qatmaq üçün bordo rəngli klaç və ayaqqabı seçib. Bekhem klassik üslubu ilə göz oxşayıb.

