|
Həmkarının keçmiş xanımı Ronaldoya göz qoydu

İsveçrəli futbolçu Blerim Dzemailinin keçmiş alban həyat yoldaşı Erjona Suleymani maraqlı açıqlaması ilə yenə gündəm olub.

Daim gözəlliyi və açıq-saçıq geyimləri ilə diqqət çəkən Erjona bu dəfə çap etdirdiyi kitabındakı məqalə ilə səs-küy yaradıb.

Kitabında futbolçu Kriştiano Ronaldoya da yer verən Suleymani onun cazibədar və seksual olduğunu qeyd edib.
 
Erjona Ronaldodan ona bir gecəlik təklif gələrsə, böyük məmnuniyyətlə qəbul edəcəyini yazıb.