|
Rusiyada helikopter qəzaya uğradı - 2 ölü

Rusiyanın Tambov vilayətində helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində göyərtədə olan iki nəfər – pilot və sərnişin həlak olub.

Qeyd olunur ki, helikopter havaya qalxdıqdan qısa müddət sonra onunla əlaqə itib.

Helikopterin qalıqlarının tapıldığı məlumat verilir.