|
Cennifer Lopez məşhur brendin reklamında

“Guess” markası 2018-ci il kampaniya reklamı üçün bu dəfə model olaraq müğənni Cennifer Lopezi seçib. 
48 yaşlı aktrisa brendin yeni tanıtımı üçün Tatyana Qerusovanın fotokamerası qarşısına keçib. O, fotosessiyadan ilk şəkli sosial şəbəkədə paylaşıb. Cennifer müsahibəsində markanın siması olmaq təklifini dizayner Pol Marçianodan aldığını deyib:
 
“Pol mənə zəng edəndə ki, “Guess”in yeni siması olum, məmnuniyyətlə qəbul etdim. Bu brendi uşaqlıqdan sevirəm. Onunla işləmək mənim üçün böyük şərəfdir”.