|
Bakı bulvarında həyəcan: özünü dənizə atdı

Bakı bulvarında gənc oğlan özünü öldürmək istəyib. 1995-ci ildə anadan olmuş Hüseynli Qardaşxan Rafiq oğlu Dənizkənarı Mılli Parkda, Neftçilər prospekti 26 a ünvanında yerləşən Bakı İdman Sarayının yanında (Əl Oyunları Sarayı) özünü dənizə ataraq intihara cəhd edib. Ərazidə  xidmət  edən  PPXB-ün  polis  nəfərləri  və  DBİ-in  mühafizəçiləri  tərəfindən Q.Hüseynli dənizdən çıxarılıb. 

İlkin araşdırmadan sonra məlum olub ki, 22 yaşlı Q.Hüseynli ruhi-əsəb xəstəsidir və 2 №-li Ruhi-əsəb dispanserində qeydiyyatdadır.

 

Araşdırma aparılır.