|
Avstraliyada Yeni il ərəfəsində terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

Avstraliya polisi Melburnda Yeni il ərəfəsində terror aktı törətməyi planlaşdıran şəxsi saxlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Viktoriya ştatının polisi xəbər verib.

Polisin məlumatına görə, Melburn yaxınlığında yaşayan 20 yaşlı kişi antiterror əməliyyatı zamanı saxlanılıb.