|
A seriyası təmsilçisində yeni baş məşqçi

İtaliya A seriyası təmsilçisi "Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Krstian Bukkinin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsində Cüzeppe Yakın təyin edilib.

Qeyd edək ki, C.Yakın son olaraq "Udineze"ni çalışdırıb