|
Beyl sağaldı

"Real"ın futbolçusu Qaret Beyl zədəsini tam sağaldıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, onun adı İspaniya kubokunun 1/16 finalında "Fuenlabrada"la oyunun sifariş ərizəsinə daxil edəcək.

Qeyd edək ki, Q.Beyl noyabrın əvvəlində zədələnmişdi.

Əlavə edək ki, "Real" - "Fuenlabrada" görüşü noyabrın 29-u keçiriləcək. Bu komandalar arasında ilk matç Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb