Aktyor Kadir Doğulu və stilist, müğənni Kamal Doğulu 10 ay öncə dünyasını dəyişən atalarının mirasını rədd ediblər.
Məşhurlar bu barədə özləri açıqlama verməsələr də, bunu atalarının borcları üzündən etdikləri bildirilir.
Qeyd edək ki, Kadir və Kamalın atası Rasim Doğulu bu ilin yanvarında infarkt keçirərək vəfat edib. Dəfn zamanı aktrisa Neslihan Atagül çətin günündə həyat yoldaşı Kadiri tək buraxmayıb.


