|
Uzun müddət seriala çəkilməyəcək

“Kanal D”də yayımlanan “Vatanım Sensin”də əri Halit Ergenç ilə baş rolu paylaşan aktrisa Bergüzar Korel maraqlı açıqlamalar verib.

Bergüzar ikinci övladı dünyaya gətirmək haqda fikirləşdiyini deyib:

“Eyni evdən 2 nəfər işləyirik. Ona görə serialı çəkən rejissordan səhnələrimin azaldılmasını istədim. Bundan sonra uzun müddət heç bir ekran işində olmayacağam. Oğlum Əli ilə vaxt keçirtmək və nəsib olarsa, ikinci övladı dünyaya gətirmək istəyirəm”. 

Qeyd edək ki, H.Ergenç ilə B.Korel 2009-cu ildən ailəlidir. Cütlüyün bir oğlu var.