Rusiyalı model Nataliya Vodyanova bu dəfə də təəccübləndirməyi bacarıb.
Saçlarını kəsərək və qızılı rəngə boyayaraq imicində dəyişiklik edən 33 yaşlı model izləyiciləri tərəfindən bəyənilib.
Fotosunu sosial media hesabında yerləşdirən Nataliyanı sevənləri aktrisa Mila Yavoviçin “5-ci element” (“The Fifth Element”) filmindəki obrazına bənzədiblər. 


