|
Lənkərandan Neftçalaya toya gələn şəxs qəfildən ölüb

Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb.

"Report"un aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb. 

Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 

A.Bəqiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.