|
Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Plenum çərçivəsində noyabrın 28-də ittifaqın Ü.Hacıbəyli adına konsert salonunda beynəlxalq müsabiqələr laureatı, dirijor Cavad Tağızadənin rəhbərliyi ilə “Baku Sinponietta” orkestrinin iştirakı ilə birinci konsert, noyabrın 29-da ikinci konsert, noyabrın 30-da isə “dəyirmi masa” olacaq