|
Muraddan ayrılan Mervenin bu şəkli sevənlərini qorxutdu

Müğənni Murad Dalkılıçla 2 illik evliliyinə son qoyan aktrisa Merve Boluğur paylaşdığı fotosu ilə hər kəsi qorxudub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ötən gecə İnstaqram hesabında xəstəxanada sistem taxılmış bir qol şəkli yerləşdirib və "Çox şükür, ana" qeydini yazıb.

Sevənləri Merveyə bir şey olduğunu zənn etsələr də, sonradan məlum olub ki, fotoda sistem qoşulan şəxs aktrisanın anasıdır. O, özünü yaxşı hiss etmədiyi üçün xəstənaya gətirib və yaxşılaşdıqdan sonra evə buraxılıb.