Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Rəsədxananın məlumatına görə, qış fəslinin Azərbaycana gəlişi dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.
