|
"Kaçak gelinler"in yeni kanalı bəlli oldu

Xəbər verdiyimiz kimi, "Kaçak gelinler" serialı keçən ay vaxtından əvvəl final etmişdi.

Axşam.az-ın diziler.com-a istinadən xəbərinə görə, baş rollarını Selin Şəkərçi, Dəniz Baysal, Açelya Topaloğlu və Furkan Andıçın oynadığı serial yenidən ekranlara dönür.

Serialın oktyabr ayından etibarən Show TV-də yayımlanacağı bildirilib.

Qeyd edək ki, Star TV-də yayımlanmağa başlayan ekran işi daha sonra TV8-ə transfer olunmuşdu.