Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib.
Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı yerli futbol federasiyasının rəsmi saytı yayıb.
Millinin DÇ-2018-dən kənarda qalması baş məşqçinin göndərilməsi ilə nəticələnib.
Hadson 2014-cü ildən Yeni Zelandiya millisini çalışdırırdı.
Qeyd edək ki, Yeni Zelandiya DÇ-2018-in seçmə mərhələsinin qitələrarası pley-off oyununda Peruya duzmuşdu (0:0, 0:2)
