|
Cennifer də dəblə ayaqlaşanlar sırasına qoşuldu
45 yaşlı aktrisa Cennifer Qraner Los-Ancelesdə çəkildiyi “The tribes of Palos Verdes” dramının təqdimatına qatılıb. 
Aktrisa da son zamanların dəbi ilə ayaqlaşaraq təqdimata gecəliyi xatırladan qara ipək libasda yollanıb. Qarner libasını “Manolo Blahnik” brendindən olan ayaqqabılarla tamamlayıb. 
Qeyd edək ki, Cennifer Qarner bu yaxınlarda aktyor Ben Afflekdən ayrılıb.