|
"Ziraat Bank" Azərbaycanda daha 3 filial açacaq

"Ziraat Bank" Azərbaycanda daha 3 filial açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Türkiyə bankının baş direktoru Hüseyn Aydın Bakıda jurnalistlərə deyib.

H.Aydın xatırladıb ki, hazırda Azərbaycan paytaxtında bankın iki ofisi fəaliyyət göstərir - baş ofis və bir filial:

"Digər 3 filialı isə sənaye sahəsinin inkişaf etdiyi rayonlarda açmağı planlaşdırırıq".