|
İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Brüsselə gedəcək.

Azərbaycanın dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Görüş, NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq.

 

Prezident İlham Əliyev həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.