|
Sürücülərə şad xəbər:

Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur. Cia.az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli feysbuk hesabında məlumat yayıb.

O qeyd edib ki, şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb. Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək.