|
Hande Erçel tətilə çıxdı

Aktrisa Hande Erçel yeni sevgilisi, iş adamı Mehmet Dinçer ilə Kapadokyaya yollanıb.
Cütlük İnstaqram səhifələrində tətildə çəkdirdikləri fotoları paylaşıblar. Amma Hande və Mehmet bu dəfə də sosial mediada birlikdə çəkilmiş fotolarını yerləşdirməkdən çəkiniblər.
Maraqlısı odur ki, Erçel ötən il, bu vaxtı Kapadokyada keçmiş sevgilisi Ekin Merd Duymazla dincəlib.

Qeyd edək ki, Dinçer aktrisanın ayrıldığı keçmiş sevgilisi Duymazın ən yaxın dostudur.