|
"Fazilet xanım və qızları"nın aktrisası da vidalaşdı
“Fazilet xanım və qızları” serialı ilə tanınan aktrisa Dəniz Baysal da sosial şəbəkə ilə cvidalaşanlar sırasına qatılıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa bundan sonra sosial şəbkədən istifadə etməyəcəyini açıqlayıb: 
“Həyatımızı nəzarətdə saxlayan, hamını olduğundan fərqli göstərən bu “asosial” macəralardan bir müddətliyə ayrılıram. Bir az nəfəs almaq, kim olduğumuzu xatırlamaq lazımdır. Sizə də bunu tövsiyə edirəm. Sevgilərlə...”.