|
Mingəçevirdə avtomobil 40 yaşlı qadını vurub

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Aydın Məmmədov küçəsində, Heydər Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü şəhər sakini İlhamə Məhərrəmova yolu keçmək istəyərkən VAZ-2107 markalı avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.