|
Əlikram Bayramovun avtomobilini evakuator apardı-
"Hər Səhər" verlişi bu gün də tamaşaçılara maraqlı dəqiqələr yaşadıb.
Proqramın qonağı sevilən sənətçi Əlikram Bayramov olub. Sənətə gəlişindən danışan müğənni, "Sona gölüm" mahnısının ona uğur gətirdiyini deyib. Elə uğurun başlanğıcı məhz bu mahnı ilə başlayıb. Ə.Bayramov ilk sevgisindən də danışıb: "İlk dəfə aşiq olanda 7-8-ci sinifdə oxuyurdum. Xanımın adını çəkməyəcəm. Amma mənim ilk məhəbbətim məhz o xanım olub".
Sənətçini diqqətdə saxlayan tamaşaçılardan biri onu sentyabr ayında hava limanında uşaq arabası ilə gördüklərini deyiblər. Müğənni bildirib ki, həmin araba Türkiyədən hədiyyə olaraq göndərilib.
Verlişin sonu başladığı kimi gözəl bitməyib. Telekanala məlumat gəlib ki, Əlikram Bayramova məxsus avtomobil yol kənarından evkuatorla aparılıb. Bu da sənətçinin kefinə soğan doğrayıb.
 
 
Cia.az