|
Nigeriyada silahlı hücum nəticəsində 30 qadın və uşaq ölüb

Nigeriyanın şimalında Adamava ştatında silahlı hücum baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 30 qadın və uşaq həlak olub.

Məlumata əsasən, hücum Adamava ştatında üstünlük təşkil edən Baçama etnik qrupunun nümayəndələri tərəfindən törədilib.