|
Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı

Dağlıq Qarabağda Ermənistan ordusunun 4 əsgəri minaya düşüb.

Hadisə zamanı hərbçilər Qeqam Zakaryan, Sarkis Abramyan, Sarkis Melikyan ölüb.

Digər hərbi qulluqçu Narek Hovayan isə ölümcül yaralanıb, onun vəziyyətinin çox ağır olduğu bildirilir.  

Hadisə noyabrın 21-də yerli vaxtla 18:35-də cəbhənin şimal-şərq istiqamətində qeydə alınıb. 

 

Faktla bağlı araşdırmalara başlanılıb.